olkepress.com
olkepress.com

Parlamentin növbəti iclasının gündəliyi – SİYAHI

3-03-2021, 17:54

Parlamentin növbəti iclasının gündəliyi – SİYAHIMilli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyinə 8 məsələ daxildir.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə dəyişikliklər də üçüncü oxunuşda səsə qoyulacaq.

Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda deputatların müzakirəsinə təqdim ediləcək.

“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi də ikinci oxunuşda müzakirə olunacaq.

“İcra haqqında” qanuna dəyişiklik layihəsi isə birinci oxunuşda təqdim olunacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi