olkepress.com
olkepress.com

Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı olub - FOTO - VİDEO

30-01-2021, 17:16

Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı olub - FOTO - VİDEOAğdamın işğaldan azad edilmiş ərazilərində yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı olub.

Açılışda Müdafiə naziri Zakir Həsənov, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Kara Osmanoğlu və Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Oxu.Az-ın açılışda iştirak edən müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun ərazisində inşa edilmiş mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatının bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub.

Bundan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.

Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Ağdamda Birgə Monitorinq Mərkəzinin açılışı olub - FOTO - VİDEO




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi