olkepress.com
olkepress.com

Qarabağ Dirçəliş Fondu ödənişsiz əsaslarla fəaliyyət göstərəcək

19-01-2021, 15:26

Qarabağ Dirçəliş Fondu ödənişsiz əsaslarla fəaliyyət göstərəcək
Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə qanunla qadağan olunmayan mənbələr hesabına maliyyə dəstəyi göstərmək, bu işə dövlət orqanlarını, habelə dövlətə məxsus hüquqi şəxsləri və özəl sektorun nümayəndələrini cəlb edəcək.

Bu barədə Fondun Nizamnaməsində bildirilir.

Fond həmçinin işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləyəcək.

Fondun idarə olunmasına gəlincə, Nizamnamədə yazılıb ki, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

Fondun Müşahidə Şurası Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 9 üzvdən ibarətdir. Şuranın sədri Şura üzvləri sırasından 3 il müddətinə seçilir.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Fərmanına əsasən, Fondunun nizamnamə kapitalı bir milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi