olkepress.com
olkepress.com

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq – FƏRMAN

19-01-2021, 15:20

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq – FƏRMANİşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis ediləcək.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, həmin xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

Müəyyən edilir ki, xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir.

Xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi