olkepress.com
olkepress.com

Hulusi Akar: “Can qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər bütün imkanlarımızla yanlarındayıq”

5-01-2021, 14:40

Hulusi Akar: “Can qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər bütün imkanlarımızla yanlarındayıq”Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı açıqlama verib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

“Sarıqamış hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğruna canlarını fəda edərək şəhidlik mərtəbəsinə çatan qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirik”, - deyə H.Akar bildirib.

Türkiyənin Milli Müdafiə naziri həmçinin öz mesajında Azərbaycan xalqına da təşəkkür edib:
“Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “tək millət, iki dövlət” ifadəsinin gözəl bir nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi şəkildə saxlanılan mehmetçiklərimizə etdiyi yardımları hörmət və ehtiramla yad edirik. Biz də can qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər bütün imkanlarımızla yanlarındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bir və bərabərik”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi