olkepress.com
olkepress.com

Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi - VİDEO

25-12-2020, 12:06

Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi - VİDEOCari ilin dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.

FHN-dən verilən məlumata görə, doqquz vaqonluq humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.
Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib. Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.

Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.






ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi