olkepress.com
olkepress.com

İlham Əliyevdən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə ilə bağlı SƏRƏNCAM

25-12-2020, 11:58

İlham Əliyevdən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə ilə bağlı SƏRƏNCAMPrezident İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməlidirlər.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi