Fərhad Əhmədov Azərbaycan Prezidentini təbrik etdi: “Sizin sayənizdə…”
Azərbaycan əsilli rusiyalı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
"Yola saldığımız il bütün dünya üçün iki - üç nəslin həyatındakı ən ağır illərdən biri oldu. Bu il Azərbaycan üçün də son dərəcə mürəkkəb keçdi. Amma sizin sayənizdə bu il tarixi qələbə ili kimi dərsliklərə daxil ediləcək ”,- deyə təbrikdə bildirilir.
"Siz fövqəladə bir nəciblik nümayiş etdirdiniz. Siz Qarabağ müharibəsini sonadək davam etdirə bilərdiniz, amma humanistliyiniz və müdrikliyiniz buna imkan vermədi”,- deyə Fərhad Əhmədov təbrikinə belə davam edib:
"Mən və ailəm doğum günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və geniş miqyaslı planlarınızın həyata keçirilməsində Sizə uğurlar diləyirik. Sizə və yaxınlarınıza can sağlığı arzulayırıq”.
ölkəpress.com