olkepress.com
olkepress.com

Vladimir Putin İlham Əliyevi təbrik edib

24-12-2020, 14:17

Vladimir Putin İlham Əliyevi təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə “RİA Novosti” Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə, həmçinin, təbrik teleqramı da göndərib:

“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olub.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfəniz çox böyükdür. Ümid edirəm ki, birgə səylərimizlə bütün sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan münasibətlərini bundan sonra da inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, sizə cansağlığı, firavanlıq və dövlət fəaliyyətinizdə uğurlar diləyirəm. Fürsətdən istifadə edərək ailənizə ürəkdən salamlarımı çatdırmaq istəyirəm”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi