olkepress.com
olkepress.com

İrina Viner-Usmanova: “İlham Əliyev ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirir”

23-12-2020, 17:25

İrina Viner-Usmanova: “İlham Əliyev ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirir”Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Bu gözəl gün Sizin üçün, ailəniz üçün və bütün Azərbaycan üçün bayramdır.

Sizin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz ölkə vətəndaşlarının inamı və etibarı ilə, gözəl ölkənizin firavanlaşması naminə gördüyünüz işə bütün xalqın verdiyi yüksək qiymətlə dəstəklənir.

Siz yüksək şəxsi keyfiyyətləriniz, qətiyyət və müdrikliyiniz sayəsində xalqın mənafe və amallarını həyata keçirən uzaqgörən və peşəkar siyasi xadim kimi çox böyük nüfuzunuzu hər gün uğurla təsdiqləməyə nail olursunuz.

Siz dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daim səy göstərir, Azərbaycan iqtisadiyyatının və sosial həyatının inkişaf etməsinə qayğı ilə yanaşır, ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirirsiniz.

Bu əlamətdar gündə Zati-alinizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, xoşbəxtlik, möhkəm cansağlığı, sevinc və firavanlıq, Sizə və yaxınlarınıza tükənməz enerji diləyirəm”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi