olkepress.com
olkepress.com

Talant Mamıtov İlham Əliyevi təbrik etdi

23-12-2020, 17:13

Talant Mamıtov İlham Əliyevi təbrik etdiQırğız Respublikasının Prezidenti vəzifəsini icra edən Talant Mamıtov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi arzularımla təbrik edirəm.

Azərbaycan Sizin peşəkarlığınız və həyat təcrübəniz, xalqların dəstəyini və hörmətini qazanmış müdrik rəhbərliyiniz sayəsində çoxlu nailiyyətlər əldə etdi.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı faydalı əməkdaşlıq, habelə ölkələrimizin dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də möhkəmlənəcək.

Eyni zamanda, Sizi Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan qarşıdan gələn yeni 2021-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi