olkepress.com
olkepress.com

Sabiq israilli nazir İlham Əliyevi təbrik etdi

23-12-2020, 17:10

Sabiq israilli nazir İlham Əliyevi təbrik etdiİsrailin sabiq Xarici İşlər naziri Tzipi Livni Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Hörmətli Prezident Əliyev.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin həyatınız qədirbilən Azərbaycan xalqının həyatı ilə sıx bağlıdır. Xalqınıza sadiqliyiniz, milli və beynəlxalq təhdidlərə qarşı mübarizədə xalqınıza və ölkənizə uğurla rəhbərlik etməyiniz, qazandığınız böyük nailiyyətlər hamı tərəfindən hörmətlə qarşılanır.

Sizin rəhbərliyiniz həmişə xatırlanacaq və gələcək nəsillər tərəfindən öyrəniləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşviq etdiyi tolerantlıq dəyərləri bir çox insanlar üçün ilham mənbəyidir.

Bu əlamətdar gündə Sizi təbrik edir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi