olkepress.com
olkepress.com

“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik II oxunuşda qəbul olundu

15-12-2020, 12:50

“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik II oxunuşda qəbul olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur.

Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi