olkepress.com
olkepress.com

Prezident: “Mənim şərtlərimi Paşinyan qəbul etməyə məcbur oldu”

11-11-2020, 20:27

Prezident: “Mənim şərtlərimi Paşinyan qəbul etməyə məcbur oldu”“Düşmən bizim tarixi abidələrimizin, kəndlərimizin adını dəyişib, tarixi mədəni irsimizi silmək, xaricdən erməniləri gətirib burada məskunlaşdırmaq istəyirdi”.

Bu sözləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.

Xüsusilə də məskunlaşma planları Arazboyu rayonlarda gözlənilirdi:

“Dırnaqarası Dağlıq Qarabağın tanınması istiqamətində cəhdlər edirdilər. Onlar bu yollarla işğalı qanuniləşdirmək, qondarma qurumu tanıtmaq istəyirdilər. Lakin, biz görəndəki onlar bizim üçün müqəddəs olan torpaqlarımızda bizi təhqir etməyə çalışırlar, biz susmadıq. Kim nə deyir desin, mən bu gün də öz fikrimdəyəm. 44 gün ərzində mənə nə qədər siqnallar gəldi. Mən bir şərt qoydum ki, bizim dayanmağımızın bir şərti var, o da düşmənin bizim torpaqlarımızdan çıxmasıdır. Bir cədvəl, qrafik versinlər biz dayanaq demişdim.

Onlar bəzi ölkələrə zəng edərək Azərbaycanın dayanmasını istədilər, lakin mən bildirdim ki, heç kim bizi dayandıra bilməz. Mən dediyim şərtləri Paşinyan qəbul etməyə məcbur oldu. İmzalanan bəyanat Ermənistan üçün kapitulyasiya aktı idi”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi