olkepress.com
olkepress.com

Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib

9-11-2020, 23:40

Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndəribTürkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Prezident, əziz qardaşım!

Qardaş Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram.

Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad edilməsinin və bu həsrətin sona çatmasının yaxın olduğuna inanım qətidir.

Əziz qardaşım, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırır, Ermənistanla müharibədə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm”.

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi