olkepress.com
olkepress.com

Ərdoğan: “Minsk qrupu 28 illik işğaldan bəhs etmədi, Azərbaycan problemi özü həll etdi”

9-11-2020, 23:34

Ərdoğan: “Minsk qrupu 28 illik işğaldan bəhs etmədi, Azərbaycan problemi özü həll etdi”Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 12-ci Səfirlər Konfransında Qarabağdan danışıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Biz Azərbaycan ərazilərinin işğalına susa bilmədik və susmadıq. Onlar bizim qardaşlarımızdır, soydaşlarımızdır. Minsk qrupu 28 ildir davam edən bu amansız işğala həll yolu təqdim etmədi. Yalnız vaxt itkisi oldu.

Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdilər. Qardaşımız İlham Əliyevi ekrandan dinlədik. Şuşanın xilası ilə sevincimiz artdı.

İnşallah, işğal olunmuş Azərbaycan torpaqları qısa müddətdə sahiblərinə qaytarılacaq”, - deyə Türkiyə lideri qeyd edib.

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi