olkepress.com
olkepress.com

İlham Əliyev Səudiyyə Ərəbistanı kralına məktub göndərdi

22-09-2020, 18:42

İlham Əliyev Səudiyyə Ərəbistanı kralına məktub göndərdiAzərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrikdə dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinin məmnunluq doğurduğu qeyd edilir.

Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcək.

Ölkəoress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi