Rusiya Ukraynada 2014-cü ildən bəri davam edən müharibəyə son qoymağa çalışır.
APA-nın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Bir daha bu barədə demək istəyirəm: biz heç bir müharibəyə başlamamışıq, onu bitirməyə çalışırıq. Bu müharibəni 2014-cü ildə, dövlət çevrilişi həyata keçirilən zaman Ukraynadakı millətçilər və onlara dəstək verənlər başlayıb. Hər şey bununla başladı, ondan sonra Krım və Donbasda hadisələr oldu”, - deyə dövlət başçısı aviasiya sənayesinin nümayəndələri ilə görüşündə qeyd edib.