COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar Qazaxıstan sakinlərinə maska taxmaq tövsiyə olunub.
Son bir həftə ərzində ölkəd koronavirusa yoluxma halları 21% artıb, cəmi yeddi gündə 1283 yoluxma halı qeydə alınıb.
İdarələrarası komissiyanın iclasında bildirilib ki, gün ərzində koronavirusa 235-ə qədər, həmçinin pnevmoniyaya onun əlamətləri ilə 40-a qədər yoluxma halı aşkarlanıb.