olkepress.com
olkepress.com

Türkiyə ABŞ-dan F-16-lar alacaq

23-11-2022, 08:28

Türkiyə ABŞ-dan F-16-lar alacaq

Türkiyə Amerika Birləşmiş Ştatalarından F-16-lar alacaq.

Olkepress.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O, F-16-ların alınması ilə bağlı ABŞ və hərbi heyətlər arasında danışıqlar aparıldığını deyib:

“Yaxşı nəticələr əldə olunub. Üçü Türkiyə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib”.

Nazir Akar S-400 raketdən müdafiə sisteminin istifadəyə hazır olduğunu ifadə edib:

“Böyük bir ölkədən danışırıq. Təbii ki, 85 milyonluq vətəndaşımızın təhlükəsizliyini heç bir ayrı-seçkiliyə yol vermədən təmin edəcəyik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi