olkepress.com
olkepress.com

Kreml: "ABŞ Rusiyanın “qırmızı xətləri”ni görməyə borcludur"

31-10-2022, 08:43

Kreml: "ABŞ Rusiyanın “qırmızı xətləri”ni görməyə borcludur"
Rusiya prezidenti Vladimir Putinin “Valday”da çıxışından sonra Vaşinqton Rusiyanın həyata baxışını və baş verənlərə münasibətini başa düşə bilir və indi onlar “qırmızı xətləri” görməyə borcludurlar.
APA-nın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya” telekanalında yayımlanan “Moskva. Kreml.Putin” proqramına müsahibəsində bildirib.

"Vaşinqtonda "Vau, Putin necə nəhəngdir” deyə bilməzdilər. Amma oturub düşünüb, oxuyub, yenidən oxuyub təhlil edəcəkləri faktı 100 faizdir. Ən azından bizim fikrimizi başa düşürlər. Rusların həyata baxışı, baş verənlərə münasibətimiz bu şəkildədir və onlar indi görməlidirlər, heç olmasa o “qırmızı xətlər”in haradan keçdiyini və niyə yarandığını görməlidirlər ", deyə Kremlin sözçüsü vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi