olkepress.com
olkepress.com

Ərdoğan meydan oxudu - "Cəsarətin varsa, gücün çatırsa qarşıma çıx"

19-10-2022, 16:25

Ərdoğan meydan oxudu - "Cəsarətin varsa, gücün çatırsa qarşıma çıx"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri ilə bağlı Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna çağırış edib.

Olkepress.com xəbər verir ki, prezident Ədalət və İnkişaf partiyasının həftəlik toplantısındakı çıxışı zamanı deyib ki, Kılıçdaroğlunun cəsarəti varsa seçkilərdə namizədliyini irəli sürsün. “Cəsarətin varsa prezident seçkilərində qarşıma çıx” deyən Ərdoğanın sözlərinə görə, Kılıçdaroğlu Türkiyənin xeyrinə olan planların heç birinə dəstək verməyib:
“Madam ki, bu qədər özünə güvənirsən, madam ki, siyasət tərzinə bu qədər əminsən onda hodri meydan. Gücün çatırsa, cəsarətin varsa, azad iradən varsa seçimlərdə çıx qarşıma. Fikirlərimizi və baxışlarımızı yarışdıraq. Qoy qərarı millət versin”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi