olkepress.com
olkepress.com

KİV: “Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər”

29-03-2022, 12:11

KİV: “Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə danışıqlar üçün İstanbulda olan Rusiya nümayəndə heyəti ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyi istisna deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu diplomatik mənbə bildirib.
“Düzdür, bunun Ukrayna tərəfinə aidiyyatı yoxdur. Amma ola bilsin, Ərdoğan Rusiya nümayəndə heyəti ilə Qarabağda durumun gərginləşməsinə dair də fikir mübadiləsi aparsın”, - mənbə vurğulayıb.

Qeyd edək ki, hazırda Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü keçirilir. Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Müzakirələrin iki gün davam edəcəyi gözlənilir.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi