olkepress.com
olkepress.com

XİN: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır” - VİDEO

8-12-2021, 12:54

XİN: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır” - VİDEO

“Twitter” sosial şəbəkəsində Ermənistan tərəfinin Azərbaycana qarşı etnik zəmində ayrı-seçkiliyə çağırışlar edən kampaniya başladığı müəyyən olunub. “Twitter” tərəfindən alınan sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub”.

Ölkəpress.com-un xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddia işində Azərbaycanı təmsil edən Elnur Məmmədov onu da bildirib ki, Ermənistandakı bir sıra qruplarla yanaşı, muzdlulara təlim keçirilməsini təşkil edən VOMA (Voxj Mnalu Arvest - “Sağ qalmaq sənəti”) kimi təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar verilib:

“Bütün bu çağırışların dayandırılması barədə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təcili qərar çıxarılıb”.

O qeyd edib ki, Ermənistanın beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması üçün Ermənistanın yol verdiyi pozuntulara təkcə BMT-nin Beynəlxalq Məhkəməsində deyil, digər müxtəlif beynəlxalq strukturlarda da baxılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi