olkepress.com
olkepress.com

YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi

10-12-2019, 17:46

YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildiYeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

Ölkəpress.-com-un məlumatına görə, YAP İdarə Heyətinin iclasında bildirilib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir.
Qeyd olunub ki, bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.
“Bu baxımdan 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək seçkilər YAP-ın öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”,-deyə bildirilib. Əlavə olunub ki, çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən YAP-ın bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir. İclasda Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi