olkepress.com
olkepress.com

Qalamaqallı Xocavənd RMX-nın baş həkimi korrupsiya və saxtakarlıqda ittiham olunduğuna baxmayaraq Beyləqana baş həkim təyin edildi...

22-02-2021, 13:46

Qalamaqallı Xocavənd RMX-nın baş həkimi korrupsiya və saxtakarlıqda ittiham olunduğuna baxmayaraq Beyləqana baş həkim təyin edildi...Doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunan Nürəngiz Bəşirova Beyləqan rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib...

Beyləqandan PİA.Az-a daxil olan məlumata görə ötən gün rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib. Yeni baş həkimin adı isə rayon sakinlərini şoka salıb. Belə ki, TƏBİB tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanansının baş həkimi vəzifəsinə adı daim mətbuatın gündəmindən düşməyən qalmaqallı Nürəngiz Bəşirova təyin edilib.

Qeyd edək ki, Nürəngiz Bəşirova yol verdiyi ciddi nöqsanlara görə 2 dəfə Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. Hətta Nürəngiz Bəşirovaya ilk dəfə 2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda xəstəxanının bir neçə əməkdaşı ilə bərabər cinayət işi açılıb. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham edilirdi.

4 il öncə isə yol verdiyi ciddi nöqsanlara görə ikinci dəfə Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılan Nürəngiz Bəşirova 2 ildən sonra yenidən işinə qaytarılıb. Yol verdiyi ciddi nöqsanlara görə haqqında cinayət işi açılan və iki dəfə işdən çıxarılan Nürəngiz Bəşirovanın təkrar baş həkim vəzifəsinə təyinat almasında isə Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovun rolunun danılmaz olduğu deyilir.

4 aydan çoxdur ki, Xocavənd rayon sakinlərindən ibarət çoxsaylı şikayətçilər Nürəngiz Bəşirova ilə bağlı Prezident Adminstrasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və digər qurumlara müraciətlər edərək xanım baş həkimin rayon mərkəzi xəstaxanasında yaratdığı özbaşınalıqla bağlı məlumatlar verirdilər. Məhz xanım baş həkim ondan edilən çoxsaylı şikayətlərdən sonra hakimiyyətin yuxarı dairələrinin qəzəbindən qurtulmaq üçün iş yerini dəyişərək Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat alıb.

PİA.az-a məlumat verən mənbə iddia edib ki, Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməsi üçün külli miqdarda xərc çəkib.

TƏBİB-in bu qalmaqallı təyinatı necə şərh edəcəyi isə maraq doğurur. Çünki hər bir beyləqanlı bu gün sual edir: Beyləqanda normal bir mütəxəssis yox idi ki, Ramil Bayramlı adı onlarla qalmaqalda, korrupsiyada keçən bir şəxsi Xocavənddən gətirib Beyləqana baş həkim təyin etdi?..
Ölkəpress.com olaraq maraqlı tərəflərin fikirlərini dinləməyə hazırıq!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi