olkepress.com
olkepress.com

Azərbaycanda daha altı nəfər koronavirusdan öldü

29-01-2021, 20:40

Azərbaycanda daha altı nəfər koronavirusdan öldüAzərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 229 935 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib, aktiv xəstə sayı 4 263 nəfərdir.

Ölkədə son sutka ərzində 7 342, hazırkı dövrədək isə 2 394 476 test aparılıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi