olkepress.com
olkepress.com

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı, ölənlər var - RƏSMİ

18-07-2020, 21:27

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı, ölənlər var - RƏSMİBir neçə gündür ki, Azərbaycanda koronavirusdan sağalanların sayında müsbət dinamika müşahidə olunur. Ötən sutka ərzində koronavirus infeksiyasına 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8334 nəfərdir.

Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi