olkepress.com
olkepress.com

Nazirlik rəsmisi fərdi qoruyucu vasitələrlə təminatdan danışdı

10-07-2020, 20:16

Nazirlik rəsmisi fərdi qoruyucu vasitələrlə təminatdan danışdı“Fərdi qoruyucu vasitələrin istifadəsinə dair qaydalar fərqlidir”.

Ölkəpress.com-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, tibb işçiləri fərdi qoruyucu vasitələrlə tam təmin olunur:

“Bu istiqamətdə heç bir problem yoxdur. O ki qaldı qoruyucu vasitələrin düzgün istifadə qaydalarına, bu barədə TƏBİB tərəfindən metodiki göstəriş hazırlanıb.

Fərdi qoruyucu vasitələrin istifadəsinə dair qaydalar fərqlidir. Orada istifadə edilən qoruyucu vasitələrin hansı müddətdən bir dəyişdirilməsi barədə ətraflı məlumatlar əks olunub”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi