olkepress.com
olkepress.com

COVİD-19-a yoluxmuş hamilə qadınlar necə qorunmalıdır? - VİDEO

3-07-2020, 21:08

COVİD-19-a yoluxmuş hamilə qadınlar necə qorunmalıdır? - VİDEOHamiləlik həyəcan və gözləntilərlə dolu xüsusi bir dövrdür.

Lakin koronavirusun alovlanması fonunda qadınların keçirdiyi qorxu, narahatlıq və qeyri-müəyyənlik adətən sevincli anların üzərinə kölgə salır. Həkim-ginekoloqlar tövsiyə edir ki, bu həssas dövrdə ana olmağa hazırlaşan xanımlar özlərini daha yaxşı qorumalıdırlar.

Ginekoloq Yeganə Əliyeva bildirir ki, hamilə xanımlarda istər-istəməz hamiləlik dövründə hormonların dəyişilməsi prosesi gedir. Bir də pandemiyaya görə, xanımlar daha çox həyəcan keçirirlər. Ən önəmlisi qidalanma və yuxu rejimləridir. Virus daşıyıcısı olmayan ananın uşağına süd verməsi riskli deyil. Lakin gigiyenik qaydalara mütləq əməl edilməlidir.

Hamiləlik vaxtı qadın virusa yoluxarsa, onun müayinəsi və müalicəsi xüsusi formada və ya xəstəxana şəraitində davam etdirilməlidir.

Ətraflı videonu təqdim edirik:

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi