olkepress.com
olkepress.com

Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir?

26-06-2020, 21:25

Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir?Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

Ölkəpress.com xəbər verir ki, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.
Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

Oxu.Az-ın məlumatına görə, Təbəssüm Məmmədovanın anası Elnurə Əsgərova bildirib ki, paytaxtda yerləşən “Bona Dea International Hospital”na 30 min ödəyib, qızının meyitini çıxarıb.

“Bona Dea International Hospital”dan bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi