olkepress.com
olkepress.com

Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO

15-05-2020, 22:03

Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEOLənkəranda koronavirusla mübarizədə işləyən tibb işçiləri onlara 3 aya görə cəmi 190 manat əlavə verilməsinə etiraz ediblər.

AFN-ə bununla bağlı məlumat verən mənbə bildirib ki, Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin müavini etiraz edən tibb işçilərini təhqir edərək qovub.
Qeyd edək ki, hadisənin görüntüləri də var. Videodan aydın olur ki, tibb işçiləri xəstəxananın qarşısında toplaşaraq haqlarını istəyirlər. Lakin baş həkimin müavini Taleh Məmmədov onlarla əsəbi tonda danışaraq getmələrini tələb edib. Aksiya iştirakçıları bu məsələdə rayon icra başçısının da təsiri olduğunu deyiblər. Məlumata görə, aksiya iştirakçıları Lənkərandakı "Spring" hoteldə karantində olan insanlara tibbi qulluq göstərən tibb işçiləri olub.
Lənkəran Mərkəzi Xəstəxanasına etdiyimiz zənglər cavabsız qaldı. TƏBİB mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə AFN-ə açıqlamasında məsələdən xəbərdar olduqlarını, hazırda araşdırma getdiyini bildirdi.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi