Azərbaycanda koronovirusa yoluxmuş xəstələr üçün yeni müalicə metodu başladı - VİDEO
Azərbaycanda koronovirus infeksiyasına yoluxan xəstələr üçün yeni müalicə mərhələsi başlayacaq.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi bununla bağlı layihə hazırlayıb. Artıq mərkəzin daxilində işçi qrupu da yaradılıb.
Pravda.az-ın xəbərinə görə, bu müalicədə koronavorus infeksiyasına yoluxub və sağalan insanların qanından istifadə olunacaq.
Qeyd edək ki, qan vermək istəyən hər kəs plazma müalicəsində donor ola bilməz.
Koronavirus infeksiyasından əziyyət çəkən ölkələrdə, eləcə də qardaş Türkiyədə bu müalicədən istifadə olunmağa başlanıb. Plazma terapiya öz uğurlu nəticəsini verməkdədir.
Ölkəpress.com