Koronavirusdan sağalanlar yenidən yoluxa bilərmi? - VİDEO
Sağalan adamlar yenidən koronavirusa yoluxurmu? Koronavirus imunitet qazandırırmı? Bu fikirlər hazırda bütün dünyada düşündürən suallardandır.
Metbuat.az xəbər verir ki, məsələyə münasibət bildirən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib ki, koronavirusdan sağalan adamların virusa qarşı imunitet qazanması barədə yalnız gələcəkdə fikir söyləmək olar.
'' Bu yeni bir virusdur, onun haqqında hələ öyrənilir. Biz tez-tez Çin,İsrail,Cənubi Koreya mütəxəssisləri ilə telekonfranslar edirik. Onlara bu barədə suallar veririk. Hələ ki sağalan adamların yenidən virusa yoluxması faktı çox azdır. Biz virusdan sağalıb evə gedən insanlara mütləq şəkildə evdə karantin şəraiti göstərişi veririk.
Hələ ki onların yoluxdurma müddətlərinin nə qədər olduğunu hələ müəyyən edə bilməmişik.
Bunun üçün də sağalanlar qaydalara mütləq şəkildə əməl etməlidirlər.''
Ölkəpress.com