olkepress.com
olkepress.com

Apteklərdə bu dərmanlar satılmayacaq - VİDEO

1-04-2022, 19:57

Apteklərdə bu dərmanlar satılmayacaq - VİDEO

Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək.

Ōlkəpress.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov Xəzər TV-yə bildirib. Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri tələbat malları xüsusi diqqətdə saxlanacaq.
Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.

Elxan Mikayılov istehlakçılara qida alarkən diqqətli olmağı, şübhəli məqamla qarşılaşdıqda müvafiq sənədlər tələb etməyi, rastlaşdıqları çatışmazlıqlar barədə Agentliyin 1003 çağrı mərkəzinə zəng etmələrini tövsiyə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi