olkepress.com
olkepress.com

Şəki Mərkəzi Xəstəxanasından ŞİKAYƏT: - "Yeganə həkim rüşvət alaraq bunu etdi"

16-11-2021, 12:48

Şəki Mərkəzi Xəstəxanasından ŞİKAYƏT: - "Yeganə həkim rüşvət alaraq bunu etdi"

Şəki şəhərinin sakini Niftəliyev Zaur (ad şərtidir) Rayon Mərkəzi Xəstəxanasının həkimindən şikayət edir.

Sonxeber.az-ın məlumatına görə, vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya üz tutub, lakin gözləmədiyi hallarla qarşılaşıb.

Belə ki, şikayətçinin sözərinə görə, həkim ona "zəhərlənmə" yerinə, "mədə-bağırsaq pozulması"diaqnozunu yazacağını söyləyib:

"Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsindəki Yeganə adlı həkim çox qanunsuzluqlar edir. Zəhərləndiyim üçün oraya getdim. Mənə tibbi yardım göstərildikdən sonra Yeganə həkim saçaqlı pendirdən zəhərləndiyimi dedi. Amma qeyd etdi ki, mənə zəhərlənmə yazmayacaq, mədə-bağırsaq pozuntusu yazacaq ki, pendiri satan "zibilə düşməsin". O cür də etdi. Mən xəstəxanada olduğum zaman Yeganə həkimin etdiyi daha iki qanunsuzluğun da şahidi oldum.

Qonşunun iti tərəfindən dişlənən bir şəxs qonşusunu incitməsinlər deyə, pul verib guya öz itlərinin dişlədiyini yazdırdı. Yeganə həkim rüşvət alaraq bunu etdi.

Sonra digər bir xəstə yüksək təzyiqlə yıxıla-yıxıla gəldi. Həmin həkim "160 təzyiqə tibbi yardım göstərilmir" deyərək xəstəni yola saldı. Bu həkim barəsində lazımi tədbirlərin görülməsini xahiş edirəm".

Adı çəkilən Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Yeganə xanımla əlaqə saxladıq. O bildirdi ki, adı çəkilən xəstəyə nə diaqnoz qoyub, nə də təyinat verib:

"Onu Səadət həkimə yönəltmişəm. Diaqnozu o qoyub. Bu oğlanın başına yolda "kubik" də düşsə, deyəcək: "Yeganə həkim mənə dedi ki, o yolla gedim, ona görə oldu". Artıq ikinci dəfədir ki, bu oğlan belə şeylər edir. Mən artıq onun haqqında danışmaq da istəmirəm. Kimə, hara istəyir, şikayət etsin! Mən özümə cavabdehəm, arxayınam, əminəm".

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi