olkepress.com
olkepress.com

Armudun faydaları

19-10-2021, 21:37

Armudun faydaları

Amerikalı qidalanma mütəxəssisi Amy Goodson armudun sağlamlığa faydalarından danışıb.

Ölkəpress.com xəbər verir ki, bu meyvənin əsas faydası yüksək lif tərkibli olmasındadır. Armud həm də toxluq hissini uzun müddət saxlamağa və nəticədə çox yeməməyə şərait yaradır. Hesablamalara görə, orta ölçülü bir armud təxminən altı qram lif ehtiva edir. Mütəxəssis əlavə edib ki, bu meyvədə iki növ lif var: həll olunan və həll olunmayan. Birincisi qan şəkərini və xolesterol səviyyəsini tənzimləyir, bağırsağın işini normallaşdırır, ikincisi bədəni təmizləyir, toksinləri çıxarır həmçinin diabet kimi xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir. Onu da qeyd edək ki, armud, qanda xolesterinin səviyyəsini aşağı salan, qan təzyiqini tənzimləyən və qan laxtalanmasının qarşısını alan qida antioksidantları olan flavonoidlərlə zəngindir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi