olkepress.com
olkepress.com

Onkoloji Mərkəz şəhidin həyat yoldaşını qəbul etməyib

10-12-2019, 18:13

Onkoloji Mərkəz şəhidin həyat yoldaşını qəbul etməyibŞəhid Sahib Rüstəmovun həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir

Lakin onu Onkologiya Mərkəzi qəbul etməkdən imtina edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Xəyal Rəşid Bağırov məlumat yayıb.
O bildirib ki, səhərdən onu xəstəxanaya yerləşdirmək üçün Təcili Tibbi Yardıma müraciət ediblər, lakin onlar gəlməkdən imtina edirlər. “Xeyli mübahisədən sonra Rrespublika Xəstəxanasına gətirmişik. Milli Onkoloji Xəstəxana qeydiyyatında olan xəstəni qəbul etməkdən imtina edir”. O qeyd edib ki, şəhidin həyat yoldaşının vəziyyəti kritikdir və o, hər an ölə bilər. “Aidiyyatı qurumlar ölçü götürməlidirlər. Xəstə hər an keçinə bilər. Onu Onkoloji Mərkəzə yerləşdirmək lazımdır”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi