olkepress.com
olkepress.com

Azərbaycanda ən populyar avtomobillər hansılardır?

9-10-2019, 20:04

Azərbaycanda ən populyar avtomobillər hansılardır?Bu ilin əvvəlindən Azərbaycanın avtomobil bazarında "KIA", "Hyundai" və "Toyota" avtomobilləri daha çox populyar olub.

Bunu Trend.az-a "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hesabat dövründə müştərilər ən çox bu markalara üstünlük verib:

"Yerli avtomobillərə hələlik Azərbaycanda böyük tələbat yoxdur. Yerli yığım olan "Peugeot" avtomobillərinə qəbulolunan qiymətinə baxmayaraq (təxminən 16 min manat) əhali arasında böyük tələbat yoxdur".

Ekspert müşahidələrinə əsasən bildirib ki, bu ilin avqust ayında bazarda ən bahalı avtomobil "Range Rover" avtomobilidir. Onun qiyməti 400 min manatdan çoxdur. Ən ucuz avtomobil isə 700 manatlıq "Moskviç" avtomobilidir.

O əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycanda avtomobillərin orta qiyməti 50 975 manat təşkil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi