olkepress.com
olkepress.com

Silahlı Qüvvələrə Yardım Fonduna ianə edənlərin bölgüsü açıqlandı

15-12-2020, 12:57

Silahlı Qüvvələrə Yardım Fonduna ianə edənlərin bölgüsü açıqlandıSilahlı Qüvvələrə Yardım Fonduna edilən ianələrin 54 faizi özəl sektor tərəfindən həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında deyib.

Nazir əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin 15,94 faizi özəl sektorun payına düşüb.

M. Cabbarov onu da qeyd edib ki, hazırda Azərbaycan qarşısında duran məsələlər işğaldan azad edilmiş torpaqlarda iqtisadi infrastrukturun yaradılması, yaşayışın təmin edilməsi və COVID-19 pandemiyasına qalib gəlməkdir.

Qeyd edək ki, “Azərbaycanda Xarici Biznes 2020” hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi