olkepress.com
olkepress.com

Nazir: “Pandemiya şəraitində Azərbaycanda 80 min yeni iş yeri açılıb”

15-12-2020, 12:54

Nazir: “Pandemiya şəraitində Azərbaycanda 80 min yeni iş yeri açılıb”Gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında deyib.

Nazirin sözlərinə görə, açılan yeni iş yerləri, özəl sektorda olan ümumi əmək müqavilələrinin, 15 faizdən çoxunu təşkil edir.

M.Cabbarov onu da qeyd edib ki, Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb və nümunə kimi, ölkənin strateji valyuta ehtiyatlarının, demək olar, dəyişməyən həcmini gətirib. Stabil valyuta bazarına toxunan nazir manatın məzənnəsinin stabil qaldığını xatırladıb.

Qeyd edək ki, “Azərbaycanda Xarici Biznes 2020” hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi