olkepress.com
olkepress.com

Mikayıl Cabbarov xəbərdarlıq etdi

14-11-2019, 16:33

Mikayıl Cabbarov xəbərdarlıq etdiİqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, nazir deyib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərin xalis sayında artım 44 608 vergi ödəyicisi təşkil edib: “Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə, 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.
Nazir onu da bildirib ki, bu gün qanunvericilik çərçivəsində bütün obyektlər vergiyə cəlb edilir. O qeyd edib ki, vergi sahəsində hər hansı ayrı-seçkilik yoxdur. “Əgər kimdəsə məlumat varsa ki, belə hal var, biz dərhal bu halların aradan qaldırılması üçün addımlar atacağıq. Çünki bu, bizim təməl prinsipimizdir”, - deyə M.Cabbarov əlavə edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi