olkepress.com
olkepress.com

SOCAR AÇG və BTC-yə yeni səhmdarın daxil olmasını müsbət qarşılayır

5-11-2019, 19:33

SOCAR AÇG və BTC-yə yeni səhmdarın daxil olmasını müsbət qarşılayır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın MOL şirkətinin ABŞ-ın “Chevron” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrindəki payının alınması ilə bağlı sazişi müsbət qarşılayır.

Report xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. “Azərbaycandakı layihələrdə yeni regiondan-Mərkəzi-Şərqi Avropadan şirkətin təmsil olunması müsbət haldır. Bu, yeni əməkdaşlıq imkanları açır. MOL şirkəti kifayət qədər nüfuzlu şirkətdir”. O qeyd edib ki, yeni sazişin layihələrdə hökuməti təmsil edən SOCAR tərəfindən üç ay müddətində təsdiqi gözlənilir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi