olkepress.com
olkepress.com

Qızıl bazarında vəziyyət necədir?

13-11-2022, 10:56

Qızıl bazarında vəziyyət necədir?

Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib.

Bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, Məhərrəm və Səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir etmişdi.

"Yeni il qabağı istehsalçılar da mal ehtiyatlarını artırmağa çalışırlar. Ümumi olaraq hazırda qızıl və zinət əşyaları bazarındakı vəziyyəti müsbət qiymətləndirmək olar. Qiymətlərdə bahalaşma qeydə alınmayıb. Hər bayram ərəfəsində qızıl və zinət əşyalarına tələbat artır. Ancaq tələbatın artması qiymətləri bahalaşdırmır. Ölkəmizdə vətəndaşlar əsasən yerli istehsal olan qızıl və zinət əşyalarına üstünlük verir. Daha sonrakı yerlərdə isə Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan qızıllar gəlir".

T.Abbasquliyev bildirib ki, Azərbaycanda zərgərlik bazarının 75 faizi toy-nişan mərasimləri hesabına formalaşır.

"Pandemiyadan sonra toylar daha sadə keçirilməyə başlanıb. Bu da zərgərlik bazarına müəyyən qədər mənfi təsir göstərir", - deyə o, qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi