Dünya bazarında neftin qiyməti artsa da, təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə azalıb.Ölkəpress.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 1% artaraq 1 barelə görə 84,84 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,5% artaraq 82,53 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə azalıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 4,66% azalaraq 5,422 ABŞ dolları təşkil edib.