olkepress.com
olkepress.com

Rumınlar azərbaycanlı hakimdən narazı qaldılar - VİDEO

25-09-2020, 18:19

Rumınlar azərbaycanlı hakimdən narazı qaldılar - VİDEORumıniyanın “Styaua” klubu azərbaycanlı referi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb.

Buxarest klubunun idman direktoru Mihay Stoyka Rumıniya mətbuatına açıqlamasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Slovan”la (Çexiya) oyununda Ə.Ağayevin onlara qarşı haqsızlıq etdiyini bildirib.

Stoyka bildirib ki, 14-cü dəqiqədə Ovidiu Perianuya simulyasiyaya görə sarı vərəqə verilməməli idi. Rumınlar əksinə həmin epizodda Liberets klubunun qapısına penalti təyin edilməli olduğunu iddia edir.

Həmçinin, bundan altı dəqiqə sonra mərkəz müdafiəçisi Ştefan Kanenin birbaşa qırmızı vərəqə ilə qovulması da narazılığa səbəb olub. Mihay Stoyka həmin epizodda ikili mübarizənin olduğunu bildirib.
Qeyd edək ki, bu matçda “Slovan” səfərdə 2:0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi