“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında ən yaşlı qol ötürməsi edən futbolçu olub.Bununla da 41 yaşlı futbolçusu “Roma”nın əfsanəvi oyunçusu Françesko Tottiyə məxsus rekordu qırıb.
Məlumatı jurnalist Cozef Şepard öz “Twitter “səhifəsində yayıb.
Qeyd olunur ki, isveçli oyunçu 40 yaş 6 ay 21 günündə qol ötürməsi edib. Totti isə buna 40 yaş 4 ay 23 günündə müvəffəq olmuşdu.
Qeyd edək ki, “Milan” 74 xalla turnir cədvəlinin lideridir.
Ōlkəpress.com