olkepress.com
olkepress.com

"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib - VİDEO

13-04-2022, 20:10

"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib - VİDEO

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Tomas Tuxel "Real Madrid"lə oyunu idarə edən hakimi tənqid edib.

Ōlkəpress.com xəbər verir ki, 49 yaşlı mütəxəssis London təmsilçisinin hesaba alınmayan qolu ilə bağlı hakim Şimon Marçinyakın qərarından narazı qaldığını bildirib.

63-cü dəqiqədə Markos Alonson komandanın 3-cü qolunu vursa da, VAR bunu qeydə almayıb. Baş məşqçi qeyd edib ki, hakim həmin epizodu izləməyib:

"Həm də onun həmkarım Karlo Ançelotti ilə yaxşı vaxt keçirməsindən məyus oldum. Hakimin oyundan sonra rəqib baş məşqçi ilə birlikdə gülümsədiyini və yüksək səslə güldüyünü gördüm", - deyə o qeyd edib.

Qeyd edək ki, Londonda "Çelsi"ni 3:1 hesabı ilə məğlub edən "Real Madrid" yarımfinala yüksəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi