olkepress.com
olkepress.com

Azərbaycanda Ədalətli İdman Günü qeyd olundu

8-04-2022, 21:33

Azərbaycanda Ədalətli İdman Günü qeyd olundu

8 aprel bütün dünyada Ədalətli İdman Günü kimi qeyd edilir.

Ōlkəpress.com xəbər verir ki, ölkədə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) aprel ayının ilk həftəsini Ədalətli İdman Həftəsi elan edib.

Bu çərçivədə Ədalətli İdman Həftəsinə AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyevin idman ictimaiyyətinə “8 aprel günündə həmrəy olaq, çünki bizə ədalətli qələbələr yaraşır” müraciəti ilə start verilib.

“ƏDALƏTLİ YARIŞ – TƏMİZ QƏLƏBƏ” şüarı altında keçirilən Ədalətli İdman Həftəsində ölkədə fəaliyyət göstərən idman federasiyaları və təşkilatları fəal iştirak ediblər, müxtəlif idman növlərini əhatə edən tədbirlər keçirilib. Belə ki, Milli Paralimpiya Komitəsi, Peşəkar Futbol Liqası, Voleybol Federasiyası, Velosiped İdmanı Federasiyası, Gimnastika Federasiyası və Atletika Federasiyası AMADA-nın təmiz idman həftəsi təşəbbüsünə qoşularaq idmanda ədalət prinsipinin təbliğinə öz töhfələrini veriblər.

Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarında (“Qarabağ” – “Səbail”, “Qəbələ” – “Zirə”) futbolçular əllərində “PLAY TRUE DAY” (Ədalətli İdman Günü) və “ƏDALƏTLİ YARIŞ – TƏMİZ QƏLƏBƏ” şüarları ilə meydana çıxıblar. Bundan əlavə, voleybol üzrə Azərbaycan çempionatı Yüksək Liqa (kişilər) “Neftçi” – “Murov” və Azərbaycan çempionatı Super Liqa (qadınlar) “Murov” – “Azərreyl” oyunlarında da idmançılar həmin şüarlarla və Ədalətli İdman Gününü təbliğ edən geyimlərdə meydana çıxıblar.

Həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının dağ velosipedi üzrə açıq çempionatında da Ədalətli İdman Günü xüsusi şəkildə qeyd edilib. Yarışda idmançıların hamısı bu günün əhəmiyyətinə uyğun olaraq xüsusi geyimlərdə yarışıb. Eyni zamanda Gimnastika Federasiyası və Atletika Federasiyasının idmançıları da ədalətli idman günün təbliğində fəal iştirak ediblər.

Xatırladaq ki, Ədalətli İdman Günü təşəbbüsü ilk dəfə 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən ÜADA-nın təhsil konfransında irəli sürülüb. Daha sonra isə bu təşəbbüs qlobal çağırışa çevrlilib və bütün dünyada geniş qeyd edilib. ÜADA-nın qərarı ilə Ədalətli İdman Günü bu il ilk dəfə olaraq 8 apreldə “Sülh naminə ədalətli idman günü” şüarı altında qeyd edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi