Bakıda ənənəvi olaraq keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə tamaşaçılar buraxılmayacaq.Bu barədə
Ölkəpresscom-a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib. O bildirib ki, pandemiya ilə əlaqədar olaraq yarışın keçirildiyi Heydər Əliyev İdman Konsert Kompleksinə tamaşaçıların buraxılması mümkün deyil.
Qeyd edək ki, “Böyük Dəbilqə” 5-7 noyabr tarixlərində keçiriləcək. Bu yarışda 31 ölkədən 203 cüdoçunun iştirakı nəzərdə tutulub.